PDF Oxu

Mədəniyyət

  • 10

"Qala" filmi "Oskar" müsabiqəsinə təqdim olunub

"Qala" filmi "Oskar" müsabiqəsinə təqdim olunub
Azərbaycan rejissoru Şamil Nəcəfzadənin quruluş verdiyi "Qala" filmi ABŞ Kino Akademiyasının "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" müsabiqəsinə təqdim olunmuşdur. Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası və "United Multimedia Profil" şirkəti tərəfindən istehsal olunmuşdur.

Filmin bu mükafata təqdim olunması ölkənin kino tarixi üçün əlamətdar hadisələrdən biridir. Azərbaycan kinosunun "Oskar" mükafatına təqdim olunması ölkəmizin bu xəritədə yer tutmasına zəmin yaradacaq. "Qala" filminin operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllimova ifa edirlər.

Digər xəbərlər