PDF Oxu

Mədəniyyət

  • 6

"Dələduz" pyesi yeni variantda səhnələşdirilir

"Dələduz" pyesi yeni variantda səhnələşdirilir
Ədəbiyyatsevərlərə yaxşı bəllidir ki, səhnəcik həcmində olan N.V.Vəzirovun "Dələduz" pyesinin normal səhnə əsərinə çevrilməsindən ötrü üzərində müasir tələblərə uyğun yaradıcılıq işi aparılmasına ehtiyac vardır. Bu kiçikhəcmli əsərin bədii dəyərini nəzərə alan və onun yaradıcılıq yükünü boynuna götürən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti Loğman Kərimov pyesi yeni variantda səhnələşdirmişdir. Səhnələşdirmədə Mirzə Ələkbər Sabirin, Səməd Mənsurun satirik şeirlərindən və folklor nümunələrindən istifadə olunmuşdur. Bəhri-təvillər, bədiyyələrlə zəngin olan tamaşanı canlı musiqi müşayiət edəcəkdir. Musiqi parçalarının üzərində teatrın aktyoru Elnur Kərimov işləmişdir. Milli musiqi alətlərimizin tütəyin, sazın, nağaranın ifası ilə canlı musiqilər səslənəcəkdir. Tamaşanın rəssamı əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Orxan Kərimovdur. Musiqi tərtibatı Elnur Kərimova, tamaşanın plastik həlli Rasim Cəfərova məxsusdur. Rejissor assisenti Günel Məmmədovadır. Rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, aktyorlardan Elnur Kərimov, Günel Məmmədova, Rasim Cəfərov, Eyvaz İbrahimov, Ceyhun Məmmədov, Anar Seyfullayev, Cavid İbrahimov, Xəqani Əliyev, Niyaz Qasımov, Lalə Məmmədova və Sahibə Nəzərova ifa edəcəklər. Gərgin məşqləri gedən tamaşa fevral ayının ikinci ongünlüyündə tamaşaçıların müzakirəsinə veriləcəkdir.

Digər xəbərlər