Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 16 yanvar 2009-cu il tarixli 117 saylı Sərəncamına əsasən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası hökuməti və Kuba Respublikası hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri təyin edilmişdir.
Hal-hazırda Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilmə tarixi barədə Kuba tərəfi ilə danışıqlar davam etdirilir.