"Yuğ" Teatrı teatr bayramında iştirak edəcək
Dövlət "Yuğ" Teatrı beynəlxalq festivala hazırlaşır. Düşənbə şəhərində "Novruz" adı altında keçiriləcək festivalda ölkəmizi təmsil edəcək "Yuğ" Teatrı artıq məşqlərə başlayıb. Teatr kollektivi 15 illik fasilədən sonra yenidən bu festivalda uğur qazanmaq niyyətindədir. Yaradıcı kollektiv "Kitabi- Dədə Qorqud"un uğurundan sonra Məhəmməd Füzulinin əsərləri əsasında hazırlanan "Yar", "Ya rəbb!" və "Əfğan" tamaşalarının da "Novruz" teatr festivalında eyni maraq doğurcağı qənaətindədirlər.
Azərbaycan, Tükiyə, Qırğızıstan, Tatarıstanla yanaşı bir çox türkdilli xalqlar da festivala qatılacaq. Teatr bayramında hazırlanan səhnə əsərlərində inanclar, bədii-estetik formalar və "Novruz" ayinləri, şənlik və mərasimlər əksini tapır.