II Beynəlxalq qış musiqi festivalına start veriləcək
Soçidə Yuri Başmetin təşkilatçılığı ilə II Beynəlxalq qış musiqi festivalı keçiriləcək. Festival fevralın 1-dən 7-nə kimi davam edəcək. Layihədə "Novaya Rossiya" orkestri, "Solistı Moskvı" və "Terem-kvartet" ansamblları, Vatikanın Sikstin kapellasının xoru iştirak edəcək. Festivala dəvət olunanlar arasında pianoçular Murad Adıgözəlzadə, İqor Rayxelson, müğənni Melba Ramus (soprano), dirijor Emil Tabakov, skripkaçı Alyona Bayeva və Qraf Murca, violançel çalan və orqançı Aleksandr Knyazev və b-ı var.
Festival çərçivəsində Soçi, Adler və Lazarevskdə xeyriyyə konsertləri nəzərdə tutulub. Qeyd edək ki, festival ilk dəfə ötən il keçirilib. Festivalın hər il keçirilməsi nəzərdə tutulub.