"Azərbaycanda kinonun inkişafı proqramı" çərçivəsində kinoteatrda yenidənqurma və bərpa işlərinə başlanılıb
Bakının mərkəzindəki "Nizami" kinoteatrı yenidən qurulur. "Azərbaycanda kinonun inkişafı proqramı" çərçivəsində kinoteatrda yenidənqurma və bərpa işlərinə başlanılıb. "Nizami" kinoteatrında yenidənqurma işlərinin 2 ilə tamamlanması nəzərdə tutulub. Bu işlərə isə yerli mütəxəssislərlə yanaşı, rusiyalı sənətkarlar da cəlb olunub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, kinoteatrın müasir standartlara uyğun, yüksək səviyyəli kino kompeleksinə çevrilməsi planlaşdırılır. Kino kompleksində gələcəkdə festivallar və kino həftələrinin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
"Nizami" kinoteatrı 600 nəfərlik 5 zaldan ibarət olacaq. Ən kiçik kino zalın tutumu isə 40 nəfərlikdir.
Xatırladaq ki, kinoteatr 1940-cı ildə tikilib və ona dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə onun adı verilib. Kino ocağı sentyabrın 1-dən yenidənqurma işlərinə dayandırılıb.