“Azərbaycanın inkişafı üçün yardım” layihəsi çərçivəsində seminarlar təşkil olunacaq
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Yunanıstan Respublikasının Turizm Nazirliyi ilə birgə əməkdaşlığı, həmçinin, Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə cari ilin 2-6 fevral tarixlərində Bakı şəhərində "Qonaqpərvərlik və Turizm Sənayeləri üzrə yeni meyillər" mövzusunda seminar keçiriləcəkdir.
Qeyd olunan seminar Yunanıstanın Turizm Nazirliyinin 10 nəfər mütəxəssisi tərəfindən aparılacaqdır. Seminar "Hyatt Recenyy" mehmanxanasının "Quba" zalında keçiriləcəkdir. Seminar mehmanxana və restoran menecerləri, turizm şirkətlərinin rəhbər işçiləri, həmçinin, Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələri üçün nəzərdə tutulur.
Seminarın keçirilməsində əsas məqsəd yemək-içmək və mehmanxana sahələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin, turizm şirkətlərində işin düzgün qurulmasından ibarətdir.
Seminarın sonuncu günü iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaqdır.