PDF Oxu

Mədəniyyət

  • 3

Milli Kitabxanada təqdimat mərasimi keçirilib

Milli Kitabxanada təqdimat mərasimi keçirilib
Bu gün M.F.Axundov adına Milli Kitabxanada görkəmli neftçi alim, professor, texnika elmləri doktoru Hümmət Hüseynovun şəxsi kitabxanasının Milli Kitabxanaya hədiyyəsinin təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, kitabxanada həyata keçən silsilə tədbirlərdən, biri də bugünkü təqdimatdan danışıb.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Milli Kitabxanaya ümummilli lider Heydər Əliyev tərəfindən kitablar təqdim olunub. Ümummilli liderimiz 1995-ci ildə Mili Kitabxanaya şəxsi kitabxanasından 250-dən artıq kitab hədiyyə edib. Mərhum professor Hümmət Hüseynovun oğlunun təşəbbüsü ilə alimin zəngin kitabxanası da Milli Kitabxanaya hədiyyə verilib. Hədiyyə olunan kitabların təxminən 150 nüsxəyə qədəri, ümumiyyətlə, Milli Kitabxananın fondunda yoxdur və yaxud çox istifadə olunduğundan yararsız hala düşüb.

Tədbirdə Hümmət Hüseynovun sənət yoldaşları, tələbələri çıxış edərək neftçi alimin bu kitabları necə topladığından, kitablara olan sevgisindən danışıblar. Tədbirdə alimin oğlu atası haqda xatirələrindən və kitablara olan sevgisindən bəhs etdi. Daha sonra neftçi alimin kitablarından ibarət olan sərgiyə baxış keçirilib.

Digər xəbərlər