“Dədə Qorqud” baleti Qırğızıstan səhnəsində oynanılacaq
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata əsasən, Polad Bülbüloğlunun "Dədə Qorqud" baleti Qırğızıstan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulacaqdır. Tamaşa Azərbaycan və Qırğızıstan mədəniyyət nazirliklərinin birgə layihəsidir.
Əsərin müəllifi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu yaxınlarda Qırğızıstanda səfərdə olacaqdır.