İfaçıların birgə layihəsi
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına əsasən, cazmen Şahin Növrəsli yeni layihə üzərində işləyir. O, ötən il xalq artisti Alim Qasımovla birgə hazırladığı cazla muğamın sintezindən ibarət layihənin yeni hissəsini həyata keçirmək niyyətindədir. Layihədə, ümumilikdə, Azərbaycan musiqisinin keçmişi və bugünü öz əksini tapacaq. Muğam ifaçısının adı isə proqram hazır olduqdan sonra açıqlanacaq.
Azərbaycanlı cazmen bundan sonra bir çox ölkələrdə konsert proqramı ilə çıxış etməyi planlaşdırır.