"Azərbaycan aşıq musiqisi antologiyası" diski təqdim ediləcək
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına əsasən, fevralın 2-də Muzey Mərkəzində "Azərbaycan aşıq musiqisi antologiyası" diski təqdim ediləcəkdir.
Diskin tərtibatçısı YUNESKO-nun şifahi və qeyri-maddi irs üzrə eksperti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq namizədi Sənubər Bağırovadır.
S.Bağırovanın axtarışlarının bəhrəsi olan bu antologiya Fransanın "Maison des Jultures du Monde" (Dünya mədəniyyət evi) İnstitutunun "İNEDİT" səsyazma şirkətində hazırlanmışdır.
Diskdə aşıq məktəbinin ən görkəmli sənətçilərinin ifaları toplanmışdır.