“Azərbaycan xalq musiqisi antologiyası”nın oncildliyi hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi bir neçə ildir ki, "Azərbaycan xalq musiqisi antologiyası"nın oncildliyini hazırlamaqla məşğuldur.
Antologiyanın xalq mahnılarına, rəqslərinə və muğamlara həsr olunmuş yeddi cildi artıq çap edilmişdir. İnstitut növbəti - "Aşıq Qərib" dastanını əhatə edən cildin nəşrini hazırlayır. Kitaba dastanın not yazısı, qısa məzmunu, ingilis və rus dillərində xülasə də daxil edilmişdir.