PDF Oxu

Mədəniyyət

  • 10

“Azərbaycan motivləri” sənədli filmi təqdim edilib

“Azərbaycan motivləri” sənədli filmi təqdim edilib
Rusiyanın MDB-nin, Xaricdə Yaşayan Həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyini Bakıda təmsil edən RF-in Cənubi Qafqazda ilk İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış kinorejissor Ziya Şıxlinskinin "Azərbaycan motivləri" sənədli filmi nümayiş etdirilib.
Bir sıra mötəbər mükafatlara layiq görülmüş rejissor "Yaddaş" studiyasının istehsalı olan bu maraqlı filmi, hələ ötən il Şərq və Qərb ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilən forumu münasibətilə təqdim etmişdi.
"Rossotrudniçestvo"nun Bakı nümayəndəliyində göstərilmiş film böyük maraqla qarşılanmışdır: Azərbaycanın xalqının dünyada yüz minlərlə insanın ürəyini oxşayan zəngin incəsənətinə həsr edilmiş film, demək olar ki, bütün sahələri əhatə etmişdir. Ekran əsərində həm memarlığa, həm heykəltəraşlığa, eləcə də, rəngkarlığa və musiqimizə geniş yer verilmişdir. Tamaşaçı ekranda köhnə Bakını - qədim mədəniyyət abidəmiz olan İçərişəhəri və qala divarlarından kənara çıxaraq, möhtəşəm şəhərə çevrilmiş müasir Bakını görür. Film şəhərimizin yaraşığı olan heykəltəraşlıq abidələrini seyr etmək imkanı verir. Burada Azərbaycan rəssamlarının və musiqi xadimlərinin uğurlarından söhbət açılır. "Azərbaycan motivləri"ni əvvəldən axıradək insan qəlbinə dərindən nüfuz edən milli musiqimizin sədaları müşayiət edir.
Ssenarist Rəhman Bədəlovun, rejissor Ziya Şıxlinskinin və operator Adil Abbasın birgə səmərəli fəaliyyətinin nəticəsi olan "Azərbaycan motivləri" filmi, baxışda iştirak edən ictimaiyyətin nümayəndələri və jurnalistlər tərəfindən səmimiyyətlə qarşılanıb.

Digər xəbərlər