PDF Oxu

Mədəniyyət

  • 385

“İz nasledie politiçeskoy emiqratsii Azerbaydjana v Polşe (30-ıe qodı XX veka)” kitabının təqdimat mərasimi keçiriləcək

image
İyun ayının 8-də filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin tərtibçisi və elmi redaktoru olduğu "İz nasledie politiçeskoy emiqratsii Azerbaydjana v Polşe (30-ıe qodı XX veka)" kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda 1930-cu illərdə Polşada mühacirat nəşriyyatlarında dərc olunan Azərbaycan siyasi mühacirat nümayəndələrinin elmi ictimayyətə məlum olmayan publisistik və tarixi-ədəbi irsinin nümunələri toplanmışdır. M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Mir Yaqubun və Birinci Respublikanın digər görkəmli xadimlərinin çoxsaylı nəşrlərində milli qüvvələrin bolşeviklərin əsarətçilik siyasətinə qarşı mübarizəsi, Qafqaz xalqlarının vahidlik, müstəqillik və demokratiya ideyası işıqlandırılır. Kitab politoloqlar, tarixçilər, filoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Digər xəbərlər