Bədii kollektivlərin hesabat konserti təşkil ediləcək
İyunun 4-də İ. Əbilov adına Mədəniyyət Mərkəzi bədii kollektivlərin hesabat konsertini təqdim edəcək. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərovun verdiyi məlumata görə, konsertdə mədəniyyət mərkəzinin 12 bədii kollektivi iştirak edəcək. Hər bir kollektiv öz nömrələri ilə çıxış edəcək. Mədəniyyət Mərkəzinin yetirmələri olan incəsənət xadimləri özfəaliyyət kollektivlərinin üzvlərinə mədəniyyət mərkəzinin təsis etdiyi Fəxri fərmanlar və Diplomlar təqdim edəcək.