PDF Oxu

Mədəniyyət

  • 127

Mərkəzin əsasnamə layihəsinə dəyişikliklər edilib

Mərkəzin əsasnamə layihəsinə dəyişikliklər edilib
Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB üzv dövlətlərinin ümumbəşəri mədəni irsin qorunması üzrə mərkəzin konsepsiya layihəsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib. Bununla bağlı olaraq mədəni irs şöbəsinin bərpa-layihələndirmə və ekspertiza sektorunun müdiri, sənətşünaslıq namizədi Fazil Məmmədov Minsk şəhərində ezamiyyətdə olub. İşçi qrupun iclasında Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan respublikalarının nümayəndələri iştirak ediblər. MDB ölkələrinin ümumbəşəri mədəni irsin qorunması üzrə mərkəzinin konsepsiya layihəsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun rəhbəri, Rusiya Federasiyasının YUNESKO ilə iş üzrə ümumbəşəri mədəni və təbii irs milli komitəsinin sədri cənab İqor Makovetskinin rəhbərliyi ilə keçirilən iclasda MDB ölkələrinin ümumbəşəri mədəni irsinin qorunması üzrə mərkəzin yaranması ilə bağlı problemlər müzakirə olunub və mərkəzin əsasnaməsinin layihəsində müəyyən dəyişikliklər edilib. Qrupun üzvləri Ümumbəşəri İrsin Qorunması Mərkəzinin əsasnamə layihəsinin sonuncu variantını MDB Ölkələri İcraiyyə Komitəsi tərəfindən MDB Ölkələri Mədəni Əməkdaşlıq Şurasına üzv olan dövlətlərə göndərilməsini tövsiyə ediblər.

Digər xəbərlər