PDF Oxu

Mədəniyyət

  • 256

“KRIM-2011” Beynəlxalq Kitabxanakonfransı işini davam etdirir

“KRIM-2011” Beynəlxalq Kitabxanakonfransı işini davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nınhəyata keçirilməsi üzrə Tədbirlər PlanındaAzərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Azərbaycan kitabxana mütəxəssislərinin kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə keçirilən konfranslarda iştirakı nəzərdə tutulub.

Tədbirlər Planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti cari ilin 4-12 iyun tarixlərində "KRIM-2011" Beynəlxalq Kitabxana Konfransının işində iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinin tərkibində "KRIM-2011" Beynəlxalq Kitabxana Konfransında C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Kitabxananın İctimai-Hüquqi İnformasiya şöbəsinin əməkdaşı Günay Həsənova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva, Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov iştirak edirlər.

Konfransda Azərbaycan kitabxanaçıları dünya kitabxanaçıları ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, habelə, müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxana-informasiya sahəsində know-how texnologiyaları, yeni xidmət növlərindən istifadə və s. mövzularda məruzələr, müxtəlif maraqlı dəyirmi masalar, debatlar, kitab təqdimatları keçirir.


Digər xəbərlər