AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın "Azərbaycan dilinin terminologiyası" kitabı işıq üzü görüb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş kitabın elmi redaktoru akademik Ağamusa Axundov, rəyçiləri filologiya elmləri doktorları, professorlar N.M.Xudiyev, S.Mehdiyeva və M.Mahmudovdur.
Kitabda terminologiyanın spesifik xüsusiyyətləri, ümumi ədəbi dilin leksikasında yeri, termin yaradıcılığı prosesi, terminoloji sistemlərin formalaşmasının məntiqi-linqvistik əsasları müəyyənləşdirilmiş və terminlərin unifikasiyası, standartlaşması yolları araşdırılmışdır.
Qeyd edim ki, monoqrafiyadan elmi işçilər, tədqiqatçılar, tələbə və müəllimlər faydalana bilərlər.
Bütün Polşa onun haqqında danışır...