PDF Oxu

Mədəniyyət

  • 140

“Eurovision-2011”in qalibləri müğənni Emin Ağalarovun qonağı olublar

“Eurovision-2011”in qalibləri müğənni Emin Ağalarovun qonağı olublar

Bakı ŞəhərMədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, "Eurovision-2011"- in qalibləri Eldar Qasımov və Nigar Camal Rusiyanın paytaxtında azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun qonağı olublar.

Moskvanın "LottoPlaza" ticarət mərkəzinin "Zafferano" restoranında keçirilən qonaqlıq mərasimində Eldar və Nigar Azərbaycana uğur gətirən "Runnig scared" mahnısını ifa ediblər. Tədbiri giriş sözü ilə açan Rövşən Əsgərov həmyerlilərimizin Azərbaycanın mədəni həyatında qazandıqları ən böyük uğurdan danışıb. O, Eldar və Nigarın uğurunun bütün Azərbaycanın qələbəsi olduğunu bildirib. Rusiya mətbuatının və tanınmış yerli şou biznes nümayəndələrinin qatıldığı mərasim açıq hava altında keçirilib. Jurnalistləri maraqlandıran suallara cavab verən Eldar və Nigar "Eurovision" musiqi yarışmasında maraqlı anlar yaşadıqlarını bildiriblər. Onlar, həmçinin, bugünkü görüşün başlıca səbəbkarının Emin Ağalarov olduğunu vurğulayıblar.

Gecədə Rusiya şou biznesinin tanınmış nümayəndələri Katya Lel, "Çay vdvayom" qrupu, Diana Qurtskaya, Rusiyanı "Eurovision-2011"də təmsil edən Aleksey Vorobyovun musiqi prodüseri Dmitri Melnikov və başqaları iştirak ediblər.

Qeyd edək ki, "Zafferano" restoranında keçirilən gecədə Eldar və Nigarla birlikdə səhnəyə, həmçinin, Emin Ağalarov da çıxıb. Özünün "Vonder" albomundan olan mahnılarını ifa edən Emin Ağalarov səhnədən Eldar və Nigarı bu qalibiyyət münasibəti ilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.


Digər xəbərlər