İyunun 8-də Azərbaycandakı Fransa İnstitutunda Ziya Şıxlinskinin yeni sənədli filminin təqdimatı olacaq. Müəllifin "Foto Artist" adlandırdığı film tanınmış fotoqraf Reza Diqqətiyə həsr edilib.
Reza Diqqəti 1952-ci ildə Təbrizdə doğulub. 1970-80-ci illərdə "Frans-Press" (AFP) agentliyində işləyib, "Newsweek" üzrə Tehran müxbiri kimi çalışıb, eləcə də, "Time" jurnalının Yaxın Şərq müxbiri olub. 1989-90-cı illərdə Əfqanıstanda BMT proqramı üzrə məsləhətçi işləyib. Həmin dövrdə o, UNİSEF üçün fotoşəkillər çəkməyə başlayıb və "National Geographic" və "NG" jurnallarının sifarişlərini yerinə yetirib. Onun çəkdiyi "Abraham: İnam Yolu" və "Puştu torpağında bin Laden kabusunun təqibi" kimi foto-salnamələr ictimaiyyətdə maraq doğurub.
Reza Diqqətinin əsərləri kitab şəklində dəfələrlə dərc edilib və Kanada, Kuba, İngiltərə, Fransa, Almaniya, İran, İtaliya, Liviya, Niderland, Pakistan, İspaniya, İsveçrə və Birləşmiş Ştatlarda yayılıb. Hazırda Reza Diqqəti həyat yoldaşı və iki övladı ilə Parisdə yaşayır.
Bütün Polşa onun haqqında danışır...