PDF Oxu

Mədəniyyət

  • 150

Azərbaycan alimləri Almaniyada keçiriləcək simpoziumda iştirak edəcəklər

Azərbaycan alimləri Almaniyada keçiriləcək simpoziumda iştirak edəcəklər

İyunun 8-dən 13-dək Almaniyanın Mayns şəhərində "Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi: Orta əsr qəhrəmanlıq dastanlarında universaliyalar və spesifik özünəməxsusluq" mövzusunda simpozium keçiriləcəkdir.

Bakı Slavyan Universitetindən aldığımız məlumata görə, Almaniyanın müxtəlif universitetlərindən olan alimlərin iştirak edəcəyi simpoziuma BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti qatılacaqdır.

Simpozium Azərbaycanın mədəni irsinin Avropada təbliği və Azərbaycan elminin dünyaya inteqrasiyası, eləcə də, Almaniya mədəniyyətinin ölkəmizdə daha yaxından öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BSU Almaniyanın nüfuzlu elm mərkəzi Mayns Universitetinin Şərqsünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin, Volkenştayn Cəmiyyəti ilə birgə "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı onillik layihə həyata keçirir. Bu məqsədlə Azərbaycanda və Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş simpozium təşkil olunacaqdır. Layihə çərçivəsində ilk simpozium 2009-cu ildə BSU-da keçirilmişdir.


Digər xəbərlər