PDF Oxu

Mədəniyyət

  • 389

“Sahə” bədii filmi Beynəlxalq Truskavets kino festivalının qalibi elan olunub

“Sahə” bədii filmi Beynəlxalq Truskavets kino festivalının qalibi elan olunub

"Narimanfilm" kinostudiyasının istehsalı etdiyi "Sahə" bədii filmi "Zolotaya Pektoral" Beynəlxalq Truskavets kino festivalının "Ən yaxşı operator işi" nominasiyası üzrə qalibi elan olunub.

Kinostudiyadan iyunun 2-dən 5-dək Ukraynanın Truskavets şəhərində keçirilmiş festivalda Kann və Berlin festivallarının nominantları olmuş filmlərlə yanaşı, Rusiya, Gürcüstan, Azərbaycan, Argentina, Kuba, Latviya, Fransa və Ukraynanın istehsal etdiyi filmlər də təmsil olunub.

Festivalın müsabiqə proqramına televiziya filmləri, bədii (tam və qısametrajlı) və sənədli filmlər təqdim olunmuş, nominasiyalarda münsiflər tərəfindən seçilmiş 12 film iştirak edib.

Ümumilikdə 11 nominasiya üzrə keçirilmiş beynəlxalq mədəniyyət müsabiqəsinin münsiflər heyətinə Konstantin Stoqniy, Andrey Bekkendorf, Lidiya Fedoseyeva-Şukşina, Sergey Bordenyuk və Vasiliy Fedorişin kimi tanınmış kinematoqrafçılar daxil olublar.

Tədbirdə "Ən yaxşı operator işi" mükafatı "Sahə" filminin ssenari müəllifi və rejissoru İlqar Safata təqdim edilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin məsləhətçisi Yeganə Qafqazlı "Sahə" filminin rejissorunu bu münasibətlə təbrik edərək, ona yaradıcılıq uğurları arzulayıbdır.

Digər xəbərlər