PDF Oxu

Mədəniyyət

  • 171

İkinci beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

İkinci beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Atatürk Mərkəzinin beynəlxalq əlaqələr şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel (Xəlilov) Amerika Birləşmiş Ştatlarının məşhur Harvard Universitetində keçirilən ikinci beynəlxalq konfransda ölkəmizi təmsil edib.
Sosial və humanitar elmlər, mədəniyyət, təhsil, biznes və iqtisadiyyat, elm və texnologiya problemlərinə həsr olunmuş bu konfransda həmin sahələr üzrə ən yeni araşdırmalar təqdim edilib, müasir dünya elminin inkişaf istiqamətləri, buradakı diferensiasiya və inteqrasiyanın özünəməxsus xüsusiyyətləri, dünya intellektual potensialının böyük mədəniyyət sərvəti kimi səviyyəsinin yüksəldilməsi və perspektivləri müzakirəyə çıxarılıb.
Professor Rahid Uluselin "Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi" mövzusundakı çıxışı müasir beynəlxalq həyatın siyasi-mədəni özünütəşkilinin ortaq-universal dəyəryaratma prosesi ilə dərinləşməsi, bəşəriyyətin vahid sivilizasiya məkanını formalaşdırması və dünya tarixinin bu yeni fazasında insan şüurunun planetləşməsi probleminə həsr olunub. Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas konsepsiyasından çıxış edən natiq ölkəmizdə sivilizasiyalararası dialoqun beynəlxalq səviyyədə təşviq edildiyini diqqətə çatdırıb. Bu məruzə bir sıra yeni elmi fikirlərin irəli sürülməsi baxımından diqqəti cəlb edib. Azərbaycanın, eləcə də, türk və islam sivilizasiyasının çoxsivilizasiyalı dünya inkişafı prosesində oynadığı mühüm rolun dəyərləndirilərək önə çıxarılması baxımından bu məruzə Harvard konfransı iştirakçılarında maraq doğurub. Azərbaycan alimi bu mövzu kontekstində dövlətimizin humanitar siyasətinə uyğun olaraq, qlobal mədəni əməkdaşlıq, mədəniyyətlər və dinlərarası münasibətlərin dərinləşdirilməsi problemlərinə toxunmuşdur.

Digər xəbərlər