Eldar və Nigar “Türkvision” musiqi festivalında çıxış edəcəklər
Azərbaycana qalibiyyət sevinci bəxş edən Eldar və Nigar Türkiyədə keçiriləcək "Türkvision" musiqi festivalında çıxış edəcəklər. 14 iyunda başlanacaq bu festivala Eldar və Nigar qardaş ölkədən xüsusi dəvət alıb. Dənizlidə baş tutacaq festivalda 20-dən artıq ölkə sənətçisi türkçə mahnılar səsləndirəcək. Eldar və Nigarla birgə Türkiyənin tanınmış sənətçisi Keremcem festivalın xüsusi qonaq sənətçiləri sırasında səhnəyə çıxacaqlar.
Qeyd edək ki, Eldar və Nigara qələbələrindən sonra çoxsaylı dəvətlər gəlir və hazırda onlar üçün proqram hazırlanır. İyunun 16-da Eldar və Nigar Türkiyədə keçiriləcək gözəllik müsabiqəsində də çıxış edəcəklər. Bu müsabiqədə isə dünyanın 30-dan artıq ölkəsindən iştirakçı olacaq.
Qeyd edək ki, "Türkvision" musiqi yarışması üç gün ərzindəboyunca Delikliçınar Meydanı və Açık Hava Teatrında baş tutacaq. Bu yarışma Türkiyənin "TRT" kanalı ilə canlı yayımlanacaq.