Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İraq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak arasında görüş keçirilib. Səfiri salamlayan nazir Ə.Qarayev ölkələrimizin bir-birinə tarixi əlaqələrlə bağlı olduğunu, bu əlaqələrin qədimliyini və yüz illərə söykəndiyini vurğulayıb.
Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak isə, öz növbəsində, əlaqələrin digər sahələrini də inkişaf etdirməyin mühümlüyünü, ticari və iqtisadi, mədəni təmasların gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı səfir tərəfindən iki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də, dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması təklif olunub. Eyni zamanda, sözügedən sahədə danışıqlar aparılması və memorandumun imzalanması məqsədilə İraq Respublikasının turizm və tarixi abidələr naziri cari ilin iyul ayında Azərbaycana səfərinin planlaşdırılması müzakirə olunub. Daha sonra tərəflər Bakı ilə Nəcəf arasında çarter reyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması, regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. Görüşün sonunda səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak səmimi görüşə görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib və iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.
Bütün Polşa onun haqqında danışır...