İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə Milanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindən ibarət qaçqın uşaqların bir qrupunun konserti təşkil olunmuşdur. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, uşaqlar öz ifaları ilə tamaşaçıların rəğbətini qazanmışlar.
Konsert proqramında Cüzeppe Verdi adına Konservatoriyanın tələbələrindən ibarət xor qrupu və pianoçuları da çıxış etmişlər. Konsert proqramından sonra səfirlik tərəfindən şam yeməyi verilmişdir. Yerli mətbuatda konsert proqramından bəhs edən məqalə dərc edilmişdir. Məqalədə konsert proqramında çıxış edən uşaqların qaçqın olmasından, onların qaçqın taleyi yaşamasına səbəb olmuş ermənilərin Azərbaycana təcavüzündən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından bəhs olunur. Məqalə uşaqların ifasını əks etdirən şəkillərlə illüstrasiya olunmuşdur.
Bütün Polşa onun haqqında danışır...