PDF Oxu

Mədəniyyət

  • 300

“Qatarın altında qalan qadın” tamaşasının premyerası olub

“Qatarın altında qalan qadın” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altında qalan qadın" tamaşasının premyerası olub.

Tamaşa yazıçı Afaq Məsudun eyniadlı pyesi əsasında hazırlanıb. Mişel Leqranın musiqilərindən istifadə olunmuş tamaşaya əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib. İkihissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal, Elxan Quliyev, Pərviz Bağırov, Hicran Nəsirova, aktyorlar Kəmalə Hüseynova, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnur Quliyev və başqaları ifa ediblər.

Tamaşada vaxtilə məşhur olan, sonradan isə tamamilə unudulmuş bir aktrisanın acı taleyindən bəhs olunur. Orijinal süjet xətti üzərində qurulmuş tamaşada cərəyan edən hadisələr tamaşaçını daim intizarda saxlayır. Sonluğu faciə ilə bitən səhnə əsrində müasir dünyamızla səsləşən bir çox məqamlar həm yazıçı, həm də rejissor tərəfindən çox böyük ustalıqla işlənib.

Digər xəbərlər