PDF Oxu

Mədəniyyət

  • 528

Eldar Qasımov və Nigar Camalın Türkiyədə imza mərasimi keçirilib

Eldar Qasımov və Nigar Camalın Türkiyədə imza mərasimi keçirilib

"Eurovision-2011" Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə imza mərasimi keçirilib. Pərəstişkarları qalibləri böyük maraq və sevgi ilə qarşılayıblar. Onlardan imzalı disk almaq üçün mərasimə saysız-hesabsız musiqisevər toplaşıb. Duet ortaqları Azərbaycana qalibiyyət gətirən "Running Scared" mahnısı yazılmış xüsusi CD-ləri imzalayıblar. Eyni zamanda, Eldar və Nigar onlarla xatirə şəkli çəkdirmək istəyənlərin də arzusunu yerinə yetiriblər.

İmzalanma mərasimindən razı qalan Eldar və Nigar yenidən Türkiyəyə gələcəklərini, yeni mahnılardan ibarət konsert proqramla çıxış edəcəklərini bildiriblər.

Qaliblər "Turkvision" yarışmasında da xüsusi qonaq kimi iştirak etmişlər. Onlar səhnədə "Eurovision"da çıxış zamanı geydikləri geyimdə "Running Scared" mahnısını səsləndiriblər.

Digər xəbərlər