Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Pol Makkartni, Mobi və Piter Qabrielin sırasına qoşulub. Emin Ağalarovun mahnıları bu sənətçilər kimi Devid Linçin Xeyriyyə Fondunun saytında satışa çıxarılıb.Müğənninin rəsmi internet saytında yayılan xəbərə görə, Emin buna layıq görülən ilk rusiyalı ifaçı olacaq. Satışdan yığılan vəsait təhsil ehtiyaclarına xərclənir.
Xatırladaq ki, Emin və onun atası, iş adamı Araz Ağalarov bu il "İlin biznesmeni" nominasiyasında "İlin adamı" mükafatına layiq görülə bilər. Eminə səs vermək və dəstək olmaq istəyənlər bu linkdən http://www.gq.ru/pages/moty.do istifadə edərək səs verə bilərlər. Səsvermənin sonuna 5 ay qalıb. Hazırda "İlin adamı" ən mötəbər mükafatlardan biri sayılır. Bu mükafata Vladimir Spivakov, Ceyms Kameron, Quus Xiddink, Daşa Jukova, Aleksandr Oveçkin kimi məşhurlar layiq görülüblər.
Bütün Polşa onun haqqında danışır...