İyunun 22-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində çoxşahəli və yorulmaz fəaliyyətini əks etdirən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçiriləcəkdir.
O, Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaranan gündən ölkəmizin mədəniyyəti və incəsənəti ilə çox sıx əlaqələr və qırılmaz tellərlə bağlı olmuşdur. 1995-1996-cı illərdə fondun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizə populyar kollektivlər dəvət olunur və onlar respublikanın ən möhtəşəm sarayında konsertlər və proqramlarla çıxış edirdilər.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva öz çoxşaxəli fəaliyyətində mədəniyyətə, mədəni incilərimizə, incəsənətə, tarixi abidələrə çox böyük önəm verir. Onun YUNESKO və İSESKO-dakı fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan "The Azerbaijani culture-a message to future generations" ("Azərbaycanın mədəniyyəti gələcək nəsillərə ərməğandır") kitabında öz geniş əksini tapmışdır.
8 fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə, Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə kitab Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunmuşdur.
Kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə Mehriban xanımın iştirakı və mədəni əməkdaşlığın inkişafında Mehriban xanımın fəaliyyəti öz əksini tapmışdır.
Sözügedən kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaqdır. Hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevdir.
Kitablarda çoxlu sayda maraqlı, habelə, ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər verilmişdir.
Kitabların hazırlanmasında Prezident Kitabxanasının böyük əməyi olmuş və sözügedən nəşrlərdə AzərTAc-ın materiallarından geniş istifadə edilmişdir.
Bütün Polşa onun haqqında danışır...