İyul ayının 1-dən 8-nə kimi Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə "Silifke Musiqi Haftası" çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop Musiqisi İfaçılarının Festivalı keçiriləcək. Türkdilli Ölkələrin Pop Musiqisi İfaçılarının Festivalına bu il 25-dən yuxarı ölkənin, o cümlədən, Azərbaycan, Rusiya, Yunanıstan, Kosovo, Makedoniya, İtaliya, Rumıniya kimi ölkələrin iştirakçıları qatılacaqlar. Festivalda Türkiyənin tanınmış müğənniləri Gülben Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç, Haktan və Hadise iştirak edəcəklər.
TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən "Silifke Musiqi Haftası" çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop Musiqisi İfaçılarının Festivalında Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" Estrada Mahnı Festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər. Festival zamanı sənətçilərimizin hər biri 3 mahnı ilə çıxış edəcəklər. Festivalın qalibləri və münsiflər heyəti tərəfindən xüsusi seçilən ifaçılar mükafat və diplomlarla təltif olunacaqlar.
Bütün Polşa onun haqqında danışır...