PDF Oxu

Mədəniyyət

  • 260

Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr genişlənir

Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr genişlənir

Azərbaycan ilə Gürcüstan arasında tarixi dostluq münasibətlərindən irəli gələn yüksək səviyyəli iqtisadi-siyasi, mədəni əlaqələrin mövcudluğu müasir dövrümüzdə daha da möhkəmlənir. Bu əlaqələrin davamı olaraq Gürcüstanın mədəniyyət və abidələrinin mühafizəsi naziri Nikolas Rurua ilk dəfə olaraq Azərbaycana səfər etmişdir.

Görüş çərçivəsində, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua arasında görüş keçirilib. Məlum olduğu kimi, hələ 2009-cu ildə Gürcüstanda keçirilmiş Azərbaycan Mədəniyyət Günləri və 2010-cu ildə Azərbaycanda təşkil olunmuş Gürcüstan Mədəniyyət Günləri, Montrö Caz Festivalında caz ifaçılarının iştirakı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da möhkəmləndirib. Azərbaycana ilk dəfə səfər edən nazir Gürcüstanla Azərbaycan arasında çox yaxşı əlaqələrin olduğunu və bu görüşün əməkdaşlığın yeni mərhələsinə qədəm qoymağa kömək edəcəyindən əminliyini bildirib. O, mədəniyyət, muzey işi, abidələrin mühafizəsi sahələrində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, mütəxəssislərin mübadiləsi, ümumi turistik məhsulun yaradılması, "Qırmızı körpü"də rekonstruksiya işlərinin aparılması, bədii rəhbər N.Ananiaşvilinin rəhbərliyi ilə Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrının Bakıda çıxışının təşkil olunması və s. mövzular barəsində həmkarı ilə fikir mübadiləsi aparıb. Azərbaycanı "Eurovision-2011" qələbəsi münasibəti ilə təbrik edən Nikolas Rurua, Azərbaycanın bu qələbəsinə çox sevindiyini, qonşu və dost ölkə olaraq Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqədə Gürcüstanın yüksək səviyyədə təmsil olunacağını bildirib.

Səfər çərçivəsində Azərbaycanda yaşayan azsaylı xalqlara göstərilən diqqət və qayğıya toxunulub. Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə həyata keçirilən layihələr, görüləcək işlər haqqında qonağı məlumatlandırıb. Milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə "Azərbaycan - doğma diyar" devizi altında milli azlıqların incəsənəti festivalının iki ildən bir təşkil edilməsi qərara alınıb. Festivalda ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə yanaşı, gürcülər də fəal iştirak edəcəklər.

Digər xəbərlər