PDF Oxu

Mədəniyyət

  • 128

Türkiyənin iş adamları ilə görüş keçiriləcək

Türkiyənin iş adamları ilə görüş keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda "2011-ci ilin-Turizm ili" elan olunması ilə bağlı 15 fevral 2011-ci il tarixində imzaladığı müvafiq Sərəncamın icrasına uyğun olaraq Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, ölkənin turizm potensialının beynəlxalq aləmdə təbliğatı, kadr hazırlığının yaxşılaşdırılması, turizmin müxtəlif növlərinin yaradılması və inkişafı, turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra məqsədyönlü işlər həyata keçirilir.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində nazirlik bir sıra beynəlxalq əhəmiyyətli təşkilatlarla müqavilələr imzalayır, turizmin inkişafına xidmət edən sahələrdə çalışan xarici şirkətlərlə sıx əlaqələr qurur. Bu baxımdan 2011-ci il iyulun 1-də "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının Azərbaycan turizm sənayesi sahəsində çalışan qurum rəhbərləri ilə Türkiyənin iş adamları ilə keçiriləcək görüş media mənsublarının marağına səbəb olacaqdır. Diqqətinizə çatdırmaq istərdik ki, bu görüşdə Türkiyə Turizm Yatırımçılar Dərnəyinin (TYD) sədri Turqut Gür, TYD-nin idarə heyətinin üzvləri Ayhan Bektaş, Can Pulak, Recai Çakır, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) sədri Başaran Ulusoy, TURSAB-ın direktoru Ela Atakan, Türkiyə Turistik Otelçilər və İşletimçilər Birliyinin sədri (TUROB) Timur Bayındır, Türkiyə-Azərbaycan İŞ Şurasının (DEİK) sədri Cengiz Gül iştirak edəcəklər.

Digər xəbərlər