PDF Oxu

Mədəniyyət

  • 101

Polşalı pianoçu Sranislav Deya ustad dərsi keçib

Polşalı pianoçu Sranislav Deya ustad dərsi keçib

İyunun 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda "İpək Yolu" II Beynəlxalq Musiqi Festivalı çərçivəsində polşalı pianoçu Sranislav Deya Bakı Musiqi Akademiyasının (BMA) tələbələri və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin şagirdlərinə ustad dərsi keçmişdir.

ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə qeyri-adi istedad sahibi, F.Şopen və V.A.Motsartın əsərlərinin ən görkəmli ifaçılarından biri, İtaliyada və İspaniyada keçirilən beynəlxalq müsabiqələrin laureatı S.Deyanın bu təşəbbüsünü alqışlamışdır. O bildirmişdir ki, ölkəmizdə gənc musiqiçilərin yetişməsində belə dərslərin böyük əhəmiyyəti vardır.

S.Deyanın müşayiəti ilə Bakı Musiqi Akademiyasının (BMA) tələbələri və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifaları dinlənilmişdir. Qonaq istedadlı ifaçılara öz məsləhətlərini vermişdir.

Tədbirdə beynəlxalq müsabiqələr laureatı, Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin 7-ci sinif şagirdi, Prezident təqaüdçüsü Vurğun Vəkilov, BMA-nın tələbələri Toğrul Hüseynli, Murad Abbasov, Anna Bryukova F.Listin, F.Şopenin ecazkar musiqilərini səsləndirmişlər.

Sonda S.Deya gənclərə uğur arzulamış, qonaqpərvərliyə görə ABİ-nin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Digər xəbərlər