İyulun 5-də Bakı Uşaq Teatrında yeni tamaşanın ictimai baxışı keçiriləcək. "Məzəli hadisə" adlanan tamaşa məşhur yazıçı K.Qaldoninin pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru respublikanın xalq artisti Ağaxan Salmanlıdır. "Məzəli hadisə" iki hissəlidir və komediya janrındadır. Hadisələr Hollandiyanın Haaqa şəhərində baş verir. Böyüklər üçün nəzərdə tutulan tamaşa fransız zabitinin Hollandiya tacirinin qızına aşiq olmasından bəhs edir.
Rollarda İlhamə Əhmədova, Ruslan Mürsəlov, Könül Şahbazova, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov iştirak edir. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.
Bütün Polşa onun haqqında danışır...