Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, gələn ilin mayında payxtaxtımızda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsində 17 ölkənin iştirakı təsdiqlənib. Bu ölkələr Sloveniya, Almaniya, Norveç, Finlandiya, İsveçrə, Avstriya, Ermənistan, Çexiya, Belçika, Macarıstan, Gürcüstan, Danimarka, Niderland, Slovakiya, Xorvatiya, İsveç və Estoniyadır. Adları sadalanan ölkələr artıq təmsilçilərinin seçim qaydalarını açıqlayıblar və bununla bağlı hazırlığa başlayıblar. 57-ci "Eurovision" müsabiqəsinin yarımfinal mərhələlərinin mayın 22-24-də, finalının isə 26-da keçirilməsi nəzərdə tutulub.
Bütün Polşa onun haqqında danışır...