Rusiya Federasiyasının Moskva şəhərində MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonduna təqdim olunmuş layihələrin təhlili və qiymətləndirilməsi ilə bağlı keçirilən Ekspertlər Qrupunun iclasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Vüqar Məmmədovun verdiyi məlumata görə, Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun həmsədri, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi M.Y.Şvıdkoy tərəfindən sədrliyi aparılan tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın nümayəndə heyətləri, həmçinin, Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun əməkdaşları iştirak ediblər.
İclasın gündəliyinə əsasən, "Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun 2010-cu ildə və 2011-ci ilin birinci yarısında layihə fəaliyyətinin nəticələri haqqında", "2011-ci ildə təqdim olunmuş əlavə layihələr barədə", "Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun prioritet istiqamətlərinə dair" və "MDB-də idman və sağlam həyat ilinin məzmun cəhətdən doldurulması haqqında" məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyət strategiyası daha çox MDB çərçivəsində humanitar sahələrə aid qəbul olunmuş konsepsiyalar, misal olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüskar və müəllifi olduğu "MDB iştirakçı dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası" əsasında aparılmalı olduğu haqqında təklif iştirakçıları tərəfindən yekdilliklə qəbul edilib. Yekunda iştirakçılar tərəfindən tədbirin yekun protokolu imzalanıb.
Bütün Polşa onun haqqında danışır...