PDF Oxu

Mədəniyyət

  • 155

Azərbaycanda arxeoloji turizmin inkişafında beynəlxalq təcrübə

Azərbaycanda arxeoloji turizmin inkişafında beynəlxalq təcrübə

Milan Politexnik Universitetinin professoru Luici Scrinzi Bakıya gələcək. Səfərin məqsədi Azərbaycan Turizm Universitetində keçiriləcək "Azərbaycanda arxeoloji turizmin inkişafında beynəlxalq təcrübə" adlı seminarda iştirak etməkdir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, iyulun 11-də keçirilməsi planlaşdırılan seminarda, əcnəbi qonaqla yanaşı tarix elmləri doktoru, professor Qafar Cəbiyevin də "Ağsuda arxeoloji turizmin inkişaf perspektivləri" mövzusunda çıxışı gözlənilir.

Tədbirin sonunda 3D formatlı "Orta əsr Ağsu şəhəri" filmi iştirakçılara təqdim olunacaq.

Digər xəbərlər