PDF Oxu

Mədəniyyət

  • 150

Gənc solistin Türkiyədə keçirilən Opera Sənəti Festivalında çıxışı böyük uğurla baş tutub

Gənc solistin Türkiyədə keçirilən Opera Sənəti Festivalında çıxışı böyük uğurla baş tutub

Opera və Balet Teatrından qezetimizə verilən məlumata görə, Türkdilli dövlətlərin beynəlxalq mədəniyyət təşkilatı "TÜRKSOY" xətti ilə hər il Türkiyədə keçirilən Beynəlxalq opera sənəti festivalında bu il Azərbaycanın opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti İlahə Əfəndiyeva təmsil etmişdir. Səfər müddətində İ.Əfəndiyeva Mersin, İstanbul və Kiprin Qirnə şəhərlərində keçirilən çoxsaylı konsertlərdə iştirak etmişdir.

Festivalda azərbaycanlı vokalçı ilə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başkortostan, Xakasiya, Qaqauziya və Şimali Kiprdən olan opera sənətçiləri də iştirak etmişlər. Konsertlərdə Mersin Opera və Balet Teatrı simfonik orkestrinin müşayiəti ilə çıxış edən İ.Əfəndiyeva C.Verdinin "Traviata" operasından Violettanın və C.Puççininin "Madam Batterflyay" operasından Çio-Çio-Sanın ariyalarının yüksək professionallıqla ifa etmişdir. Onun festivaldakı çıxışları həm tamaşaçılar, həm də təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilmişdir.

İ.Əfəndiyevanı yeni teatr mövsümündə Samsun Opera və Balet Teatrında Puççininin "Boqema" operasında çıxış etmək üçün dəvət almışdır.

"TÜRKSOY"un baş direktoru Dyüsen Kaseinov İ.Əfəndiyevanın çıxışını yüksək qiymətləndirmiş və onu Abdulla Tuqay ili çərçivəsində TÜRKSOY xətti ilə keçiriləcək festivalda iştirak etməyə dəvət edəcəklərini bildirmişdir.

Digər xəbərlər