PDF Oxu

Mədəniyyət

  • 186

“Eurovision 2011” Mahnı Müsabiqəsinin qalibləri “Eregli” festivalında

“Eurovision 2011” Mahnı Müsabiqəsinin qalibləri “Eregli” festivalında

Eldar və Nigar Avropanı və Türkiyəni fəth etməkdə davam edir. "Eurovision 2011" Mahnı Müsabiqəsinin qalibləri Türkiyənin və Avropanın ən böyük festivalı sayılan "Eregli" festivalına dəvət alıblar. Onlar 8-9 və10 iyul tarixlərini əhatə edən festival proqramında 10 iyulda çıxış edəcəklər. Bu il düzənlənəcək festivalın ən çox diqqət çəkən sənətçiləri bunlardır: Ajda Pekkan, Emrə Aydın, Cəza, Gecə, Sıla, Yüksək Sadakat, Şəbnəm Fərah və "Eurovision" qalibləri Eldar və Nigar. Festivala dəvət olunan sənətçilər Eregli bələdiyyəsinin apardığı önemli sorğu nəticəsində müəyyən edilir. Qeyd edək ki, Qara dənizin ən gözəl guşəsində yerləşən Ereglidə hər il keçirilən "Sevgi, Sülh, Dostluq Festivalı 2011"-in, hər il olduğu kimi, bu il də rəngarəng keçəcəyi gözlənilir. Festivala hər il yüz minlərlə insan qatılır. Bu il Eregli bələdiyyəsi qürbətdə yaşayan və festivala qatıla bilməyənlər üçün internet vasitəsilə canlı yayım xidməti verməyə çalışacaq.

Digər xəbərlər