PDF Oxu

Mədəniyyət

  • 97

Nazir Əbülfəs Qarayev erməni sənətçilərini qınayıb

Nazir Əbülfəs Qarayev erməni sənətçilərini qınayıb

Nazir Əbülfəs Qarayev Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyniadlı filmdəki hamam səhnəsində ifa olunan mahnının və "Naz eləmə" milli rəqsimizi oğurlayaraq öz sözləri ilə ifa edən erməni sənətçilərini bir daha qınayıb.

"Bu faktlarla biz gələcəkdə də rastlaşacağıq. İndi siz də, biz də, dövlət də, ictimaiyyətimiz də, ən əsası alimlər və musiqişünaslar sübut etməlidirlər ki, bu onlara yox, Azərbaycana məxsus musiqidir. Əminəm ki, hər zaman olduğu kimi, ədalət öz yerini tapacaq. Biz nə qədər ermənilərlə müharibə və mübarizə şəraitində yaşayacağıqsa, bu faktlar daim olacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, bu, dəfə Ermənistanı "Eurovision - 2009" müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacıları Azərbaycanın incəsənət nümunələrini özününküləşdiriblər.

Digər xəbərlər