Gənc rejissor Nicat Qafuroğlu "Ultionis" adlı tammetrajlı bədii film çəkir. Rejissor N.Qafuroğlunun özünün eyniadlı romanı əsasında lentə aldığı "Ultionis" filmi psixoloji triller janrındadır. Filmdə XXI əsrdə hələ də falçılığa olan inam tənqid edilir.
Filmin ssenari müəllifləri Nicat Qafuroğlu və Ceyhun Musaoğlu, quruluşçu operator Faiq Əliyev, prodüseri Sirac Mustafayevdir. Film son dərəcə müasir texniki standartlara cavab verən HD formatda ekranlaşdırılır.
"Ultionis" filmində Rasim Balayev, Həmidə Ömərova kimi məşhur sənətkarlar, "Mosfilm"in tanınmış aktrisası Mariya Kunax və başqaları rol almışlar. Ümumilikdə, filmdə böyük bir heyət - 167 aktyor iştirak edir. Onların da əsas hissəsi gənclərdən ibarətdir.
Əsasən çəkilişləri Ağsu, Şamaxı, Bakı və Ukraynada aparılan bu ekran əsərində Nyu-Yorkdan da orijinal görüntülər yer almışdır.
Azərbaycan, rus və ingilis dillərində ekranlara çıxacaq filmin çəkilişləri artıq yekunlaşmaq üzrədir.
Bütün Polşa onun haqqında danışır...