PDF Oxu

Mədəniyyət

  • 344

“Alışmasa yanmır ürək” kitabı işıq üzü görüb

“Alışmasa yanmır ürək” kitabı işıq üzü görüb

Gürcüstanın Şida Kartli bölgəsində 12 azərbaycanlı kəndi var. Həmin kəndlərin əksəriyyətində məktəblər gürcüdilli olduğundan soydaşlarımız təhsili bu dildə alırlar. Lakin onların soykökə, milli mədəni dəyərlərə sadiqliyi ana dilinin bu bölgədə yaşadılmasına şərait yaradır, Azərbaycan dilində şeirlər, kitablar da nəşr etdirilir.

Belə şəxslərdən biri də qəlbi vətənpərvərlik, millilik hissi ilə dolu olan Gülmalı Həsənoğludur. Gülmalı Həsənoğlu 53 il bundan əvvəl Kaspi rayonunun Tatuşağı (Sakadakiano) kəndində dünyaya göz açmış, hamı kimi təhsilini gürcü dilində almış,Tbilisi Dəmiryol Texnikumunu bitirmişdir. Poeziyaya maraq, həvəs daim onun yoldaşı olmuş, Azərbaycan dilində şeirlər yazmışdır. G.Həsənoğlu iki şeir kitabının müəllifidir. İkinci -"Alışmasa yanmır ürək" kitabı bu günlərdə Bakıdakı "Nurlan" nəşriyyatında işıq üzü görmüşdür. Birinci kitabında olduğu kimi, Gülmalı Həsənoğlunun bu kitabında da toplanmış şeirlərində mövcud problemlər, Vətən, millət, xalq, yaxşılıq və yamanlıq, halal və haram haqqında düşüncələri əksini tapmışdır.

Tatuşağı kəndində kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə şair Dərviş Osman bu bölgənin sakini olan G.Həsənoğlunun gürcü dilində təhsil almasına baxmayaraq, fikirlərini ana dilində səlist, gözəl səsləndirməsinə heyran olduğunu bildirmişdir.

Tədbirə Kvemo Kartli-Borçalı bölgəsindən qatılmış şair Əlixan Binnətoğlu, müəllim Suddərxan Kazımov, Marneuli rayonundakı Keşəli kənd sakini Bayram Eminov, türkiyəli qonaq Yıldıray Aydınoğlu, müəllifin həmyerliləri Novruz Məmmədov, Kərəm Rüstəmov, Zaza Bayramov, Vahid Şərifov və başqaları şairə yeni yaradıcılıq uğurları diləmişlər.

Sonda G.Həsənoğlu kitabın nəşr olunmasında əməyi olanlara, tədbir iştirakçilarına təşəkkürünü bildirib.

Digər xəbərlər