PDF Oxu

Mədəniyyət

  • 747

Milli Kino Günü “İlahi məxluq” filmi nümayiş olunacaq

Milli Kino Günü “İlahi məxluq” filmi nümayiş olunacaq

Milli Kino Günü - avqustun 2-də Dövlət Gənc Tamaşaçılar Teatrında ilk dəfə Azərbaycanın tarixi filmlərinin geyimləri sərgilənəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün "İlahi məxluq" filmi nümayiş olunacaq. "Bizim kino" Prodüser Mərkəzinin və "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev, quruluşçu operatoru Rəsul Tənhayi, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Siyavuş Kərimidir. Rollarda xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Vəfa Zeynalova, Münəvvər Əliyeva və başqaları çəkiliblər.

Digər xəbərlər