festival çərçivəsində pianoçuların II Beynəlxalq Müsabiqəsi də təşkil olunacaq
2009-2010-cu illərdə Heydər Əliyev Fondu tərəfindən Qəbələdə I və II Beynəlxalq Musiqi Festivalı keçirilmişdi. Bu festivallar ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuşdu. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişdilər.
2011-ci ildə Qəbələ III Beynəlxalq Musiqi Festivalının keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilmişdir. Bu ilin 15 iyul - 5 avqust tarixlərində keçiriləcək III Beynəlxalq Musiqi Festivalı çərçivəsində pianoçuların II Beynəlxalq Müsabiqəsi də təşkil olunacaqdır. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər.
Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində Təşkilat Komitəsi, Qərargah və İşçi Qrup yaradılmışdır. Təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sədr müavini mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, üzvləri incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.
Bütün Polşa onun haqqında danışır...