PDF Oxu

Mədəniyyət

  • 430

Düşənbə kitabxanasında Şərqin böyük mütəfəkkirlərinin əsərləri saxlanılır

Düşənbə kitabxanasında Şərqin böyük mütəfəkkirlərinin əsərləri saxlanılır

Düşənbədə Firdovsi adına Kitabxanada Şərqin böyük şair və mütəfəkkirləri Rudaki, Firdovsi, İbn Sina və Sədinin də əsərləri daxil olmaqla 3 milyondan artıq kitab saxlanılır. Hal-hazırda Mərkəzi Asiyanın ən böyük kitabxanası üçün yeni bina tikilir. Binanın açılışı Tacikistanın müstəqilliyinin 20-ci ildönümündə keçiriləcəkdir. Azərbaycanın Tacikistandakı səfirliyi kitabxanada Azərbaycan ədəbiyyatı üçün açılmış guşəyə Nizaminin 7 cildlik, Cəfər Cabbarlının 4 cildlik, Səməd Vurğunun 5 cildlik, Hüseyn Cavidin 4 cildlik, Cəlil Məmmədquluzadənin 4 cildlik, Füzulinin, Nəsiminin seçilmiş əsərlərini təqdim edib. Kitabxanaya, həmçinin, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında, Azərbaycan-Ermənistan konfliktinin tarixi barədə olan "Xocalı ədaləti qalib gələcək - tarixi məhkəmə qaçılmazdır" və bir çox başqa kitablar təqdim olunub.

Digər xəbərlər