PDF Oxu

Mədəniyyət

  • 422

“Həyat bir teatrdır”

“Həyat bir teatrdır”

"Buta Film" kinostudiyasında çəkilən gənc Azərbaycan rejissoru İlqar Nəcəfin "Həyat bir teatrdır" qısametrajlı filmi 28 avqust - 11 sentyabr tarixində İtaliyada keçiriləcək "SinemaDaMadar" Beynəlxalq Kinofestivalında iştirak edəcək. Qeyd edək ki, film iyun ayında Sardiniyada keçirilən Beynəlxalq Kinofestivalda iştirak edib. "Həyat bir teatrdır" filmində kənd aktyorunun həyatı barədə danışılır. Filmin prodüserləri - Əli İsa Cabbarov və Asif Rüstəmov, operatoru Adil Abbasov, baş rəssamı Əziz Məmmədov, icraçı prodüserlər Vidadi Rüstəmov və Çingiz Həsənovdur. Qeyd edək ki, İlqar Nəcəf Berlində keçirilən "Talent kampus" kinofestivalında ilk iştirakçılar sırasında olub. Onun "Buta" adlı ssenarisi Beynəlxalq AVANTİ Müsabiqəsində uğurla iştirak edib.


Digər xəbərlər