PDF Oxu

Mədəniyyət

  • 241

“Axundov dərsləri” adı altında yeni layihə

“Axundov dərsləri” adı altında yeni layihə

Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Azərbaycanda gənc dramaturqlar üçün "Axundov dərsləri" adı altında yeni layihə həyata keçiriləcək. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, bu layihənin təşkili ilə bağlı qərar ittifaqın İdarə Heyətinin iclasında verilib. Teatrın təməlinin dramaturgiyadan başlandığını qeyd edən ittifaq rəhbəri, bu layihə ilə bağlı qərarın yerində və zamanında verildiyini bildirib. İttifaq rəhbəri bildirib ki, layihənin başlanğıcı olaraq tanınmış simaların ustad dərsləri keçiriləcək: ilkin olaraq dramaturqlar dəvət olunacaq və bu dərslərdə gənc dramaturqlar iştirak edəcək. Bir növ gənc nəslin yaşlı nəsillə görüşləri olacaq. Layihə ilkin mərhələdə üç hissədən ibarət olacaq. A.Nemətovun sözlərinə görə, bu layihəyə ilk əvvəl yerli peşəkarlar, sonra isə dünya yazarları cəlb olunacaq. Dünya yazarları da Azərbaycanda gənc və orta nəslin nümayəndələrinə ustad dərsləri keçəcəklər. Dünya yazarlarının prosesə cəlb olunmasına üç aydan sonra başlanılması planlaşdırılır.

Digər xəbərlər