Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın kitabı Ukrayna dilində nəşr olunmuşdur. Məcmuədə Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin banisi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məqalələri, habelə, onun həyat və yaradıcılığına həsr olunmuş yazılar yer alıb. Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətlinin redaktəsi ilə çapdan çıxan kitabın tərtibçisi səfirliyin müşaviri Yeganə Qafqazlı, tərcüməçisi Gültən Hüseynzadə-Qafqazlıdır. Kitaba Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Qriqori Xalimonenko rəy yazıb.
Məcmuənin naşirləri təqdim olunmuş materiallara və dəstəyə görə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya minnətdarlıqlarını bildiriblər. Professor Aida İmanquliyevanın məqalələr toplusu, heç şübhəsiz, Ukrayna şərqşünaslarının böyük marağına səbəb olacaq. Məcmuə Kiyevdə, Dmitri Buraqo nəşriyyat evində 500 nüsxə tirajla çap olunub.
Bütün Polşa onun haqqında danışır...