PDF Oxu

Mədəniyyət

  • 1 369

Gülüstan qalasında arxeoloji qazıntılara başlanıb

Gülüstan qalasında arxeoloji qazıntılara başlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Şamaxı rayonunda VIII əsrə aid Gülüstan qalasında arxeoloji qazıntılara başlamışdır. İnstitutdan bu barədə məlumat verilən məlumata görə, Gülüstan qalasında aparılan tədqiqatlar orta əsr Şirvanşahlar dövləti, eləcə də, Azərbaycan tarixinin qaranlıq səhifələrinin öyrənilməsində mühüm yer tutur. Azərbaycanın dövlətçilik tarixində Gülüstan qalası arxeoloji turizmin inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. Bu, təkcə regionun deyil, ümumilikdə, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında əhəmiyyətli rol oynaya bilər. Gələcəkdə bu abidənin konservasiya və bərpası Azərbaycana gələn turizm axınını gücləndirəcəkdir. Qalaya gedən yolun yararsız hala düşməsi ekspedisiyanın işində və həmçinin, turistlərin qalaya gəlməsində çətinliklər törədir. Mütəxəssislərin fikrincə, bu problemin həlli böyük vəsait tələb etmir. Müvafiq icra hakimiyyəti orqanları bu problemi yaxın müddətdə həll edə bilərlər.


Digər xəbərlər